Məmməd Zahid Kotku

Məmməd Zahid əfəndi 1897-ci ildə Bursa da doğulmuşdur. Ailəsi Qafqaz mənşəlidir. Birinci Dünya Müharibəsi əsnasında 18 yaşında olan Kotku əsgərliyə getdi. Üç il ön cəbhədə, üç il İstanbulda arxa cəbhədə xidmətdə olaraq, cəmi altı il orduya xidmət etmişdir. Ordudakı vəzifəsindən sonra Gümüşxana Təkkəsinə gedərək 27 yaşında icazə aldı. Təkkələrin bağlanılmasından sonra evləndi və Bursada imamlıq vəzifəsinə başladı. Son vəzifə yeri olan Fatehdəki İsgəndərpaşa Məscidində 22 il boyunca tələbə yetişdirdi. 1980-cı ildə vəfat etdi. Cənazə namazı İstanbul Süleymaniyə Məscidində Anadolunun ən uzaq şəhərlərindən və Avropadan gələnlərlə birlikdə böyük bir izdiham tərəfindən qılındı.
İrşad işləri illərcə sürən Məmməd Zahid əfəndinin camaatının sayı vəfatından sonra da artmağa davam etdi. Ən uzaq ellərdə, hətta Türkiyədən kənarda da onu sevən bir kütlə meydana gəldi.
Məmməd Zahid Kotkunun məsciddən etdiyi xidmətlərin ağırlığını söhbətləri meydana gətirirdi. Elmihal məlumatları ilə yanaşı müsəlmanları maraqlandıran gündəlik mövzularda tələbələrini məlumatlandırardı. Məscid xütbələrində verdiyi vaizlər, yazdığı kitablar və etdiyi söhbətlərlə Türk gəncliyinin müqəddəsatçı yetişməsində əhəmiyyətli bir rol oynamışdır. Özünə göstərilən böyük marağın təməlində, elmindən istifadə edilməsilə yanaşı xoşməramlı və təvazölü bir insan olmasının böyük təsiri vardır.
Hoca əfəndi, Müsəlman ölkələrin ən əhəmiyyətli məsələlərindən biri olan sənayedə geri qalmışlığın həll edilə bilməsi üçün böyük səy sərf etmişdir. Gümüş mühərrik fabrikinin qurulmasına qabaqcıl olmuş ancaq bu təşəbbüs, təcrübə əksikliyi və texniki çatışmazlıqlar nəticəsində müvəffəqiyyətsizliklə nəticələnmişdir.
Məmməd Zahid Kotkunun bir sözü belədir:
“Bütün işlərdə Sünnə-i Səniyyəyə son dərəcə itaətkar olmalı, zərurət olmadıqca sünnələrdən heç birisi tərk edilməməlidir. Yeməkdə, geyimdə, görüşüb danışmalarda və xüsusən namazlardakı sünnələrə və dəstəmazdakı təharətdəki sünnələrə, bir də ədəbi davranışa çox diqqət yetirməliyik.” (Tövbə adlı əsərindən)

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx