Mövlana Xalid Bağdadi Həzrətləri

1778-ci ildə Bağdad yaxınlığındakı Zur şəhərində doğulub. Bir çox məşhur alimdən təfsir, hədis, şəriət və təsəvvüf dərsi aldı. Müəllimi vəfat edincə onun yerinə dərs verməyə başladı. Dərslərinə bütün İslam aləmindən minlərlə adam qatıldı. Səkkiz il dərs verdikdən sonra əvvəlcə Şama, sonra Hicaza getdi.
1809-cu ildə Şeyx Məhəmməd Dəhləvidən dəvət alan Mövlana Xalid, bu dəvəti qəbul edərək Hindistana getdi. Buradakı təhsilini tamamladıqdan sonra təkrar Bağdada qayıtdı. 1826-cı ildə Şamda vəfat etdi. Cənazə namazını Hənəfi məzhəbinin böyük alimlərindən İbni Abidin qıldırdı.
Mövlana Xalid Həzrətləri bir əsərinin başlanğıc hissəsinə, Məktubatı Rəbbanidən götürülmüş bu sitatı əlavə etmişdi:
“Yaxşıca düşünüb və anlamaq lazımdır ki, hər kəsə hər neməti göndərən tək Allahdır. Hər şeyi var edən ancaq Odur. Hər varlığı hər an varlıqda tutan həmişə Odur. Qullardakı üstün və yaxşı sifətlər Onun lütfü və ehsanıdır. Allah cənnətdəki sonsuz nemətlərə, bitməz tükənməz zövqlərə və öz razılığına, sevgisinə qovuşa bilməmiz üçün sevimli peyğəmbərə uymağımızı əmr edir."
“Var olduğun müddətcə Allahın əmr və qadağanlarına yaxşı əməl et. Sizə Allahı çox xatırlamanızı, Ona sığınmanızı, keçici dünyaya könül verməmənizi, davamlı və sonsuz olan axirətə çox rəğbət etmənizi, ölümü, qəbirdəki təkliyi, hesab gününə tam olaraq hazırlanmağı, Qurani Kərimə, Hz. Peyğəmbər (s.ə.v.)-in sözlərinə, hərəkətlərinə, əmrlərinə uymağı, bidətlərdən (xurafatlardan) üz çevirməyi, müsəlmanların müvəffəqiyyəti, din düşmənlərinin və mürtədlərin məğlubiyyəti üçün dua etməyi tövsiyə edirəm.” (Mövlana Xalidin Diyarbakırlı bir yaxınına yazdığı məktubdan)

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx