Şah Nəqşibənd Həzrətləri

Əsl adı Məhəmməd Bahauddindir. 1318-ci ildə Buxara yaxınlığında doğulub. Hacəqan təriqəti Şeyx Məhəmməd Baba Semmasinin mənəvi tərbiyəsi altında yetkinliyə çatmışdır. Gəncliyində Səmərqəndə gedən Şah Nəqşibənd Həzrətləri Hənəfi məzhəbindən idi. Əxlaq və elm üzərinə işləri və söhbətləri ilə böyük kütlələri arxasından aparmışdır.
Qurucusu olduğu Nəqşibəndi təriqəti İmam Rəbbani zamanında Hindistana yayıldı. Təriqət İstanbulun fəthindən sonra Osmanlılar tərəfindən mənimsənildi. İstanbulda çoxlu sayda Nəqşibəndi dərgahı olması fikirlərinin xalq arasında nə qədər yayıldığının göstəricisi idi.
Şah Nəqşibənd Həzrətlərinin həyatı boyunca müdafiə etdiyi həqiqət, İslamın təməli, yəni Allah (c.c.)-ın kitabına sarılmayanların və Peyğəmbər əfəndimiz (s.ə.v.)-in əmrlərini yerinə yetirməyənlərin qurtuluşa çata bilməyəcəkləridir. Ona görə, Kitab və sünnənin çəkdiyi dairədən çıxmamalıdır. Bu yola uymayan adama tabe olmaq doğru deyil. Çünki təriqət Quran və Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.)-in sünnəsi ilə həyat tapar. Şah Nəqşibənd Həzrətləri bir əsərində Rəsulullah (s.ə.v.)-ə bağlılığını belə ifadə edir:
"Bir işi ki, Rəsulullah etmişdir, eynilə mən də elə əməl etdim və heç bir sünnəsinə laqeyd yanaşmadım. Hamısını yerinə yetirdim və nəticəsini tapdım. Özümdə onun əsərini gördüm."

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx