İmam Rəbbani

Əsl adı Əhməd Faruki Sərhəndidir.
1564-cü ildə Hindistana bağlı sərhəddə doğulmuşdur. Ata tərəfindən Hz. Ömərin soyuna dayandığı üçün Əl-Faruki ləqəbi ilə tanınır.
Əhli Sünnə təsəvvüfünün (təriqət əhli olmaq, qəlbini Allah sevgisinə bağlamaq) böyük simalarından biridir. Təsəvvüfdə Nəqşibəndi şeyxlərindən Məhəmməd Baqi Billah həzrətlərinə intisab (bir yerə bağlanmaq, bir kimsəyə mənsub olma) etdi. Dövrün Hind-Türk hökmdarı Əkbər şah ilə dinin əsasını pozduğu səbəbiylə bəzi mövzularda zidd düşmüş və 1619-cu ildə Guvalyarda bir qalada həbs edilmişdir.
Hər cür azğın axınlara qarşı Əhli Sünnə etiqadını dəstəklədiyi üçün "iki min ilin yeniləyicisi" ünvanına layiq görülmüşdür. Dostları və tələbələrinə yazdığı məktubların bir yerə gətirildiyi "Məktubat" İslam təsəvvüfünün ən əhəmiyyətli qaynaqlarından biridir. İmam  Rəbbaninin bəzi sözləri belədir:
“İnsanın əvvəlcə etiqadını düzəltməsi lazımdır. Bu düzəltmə də, Qurani Kərimə, Hz. Peyğəmbər (s.ə.v.)-in sözlərinə, hərəkətlərinə, əmrlərinə və camaatın fikirlərinə uyğun olaraq edilməlidir. Əməldə zəifliyin bir bağışlama ümidi vardır, etiqadda zəifliyin əsla bağışlamada yeri yoxdur.”
“Məlum olsun ki, iki dünyanın səadətini qazanmaq ancaq Rəsulullaha tabe olmağa bağlıdır. Ona tabe olmaq bu şəkildə olar: İnsanlar arasında İslamın hökmlərini yerinə yetirib icra etmək, küfr adətlərini qaldırmaq, küfr əlamətlərini qaldırıb ləğv etmək.”
“Əməl işləməyin zamanı gənclikdir. Ağlı olan bu fürsəti qaçırmaz və fürsəti qənimət bilər. Çünki insan yaşlılıq zamanına qalmaya bilər. Qaldığını fərz edək, hərəkət etməyə müyəssər olmaya bilər. Belə bir hərəkətdə olduğunu fərz edək, bir əməl işləməyə gücü çatmaz. Çünki o zaman zəifliyin və acizliyin üstün gəldiyi zamandır...”
... Amma (ümmətlər) öz dinini aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (Öz dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur).(Muminun surəsi, 53) ayədəki məna onların halını doğrulayır. Rəsulullah əfəndimizin bəyan buyurduğu, təriqəti naciyəni digərlərindən ayırd edən xüsusiyyəti Peyğəmbərimiz belə açıqlayır: "... Onlar, mən və səhabələrimin üzərində olduğumuz hal üzərində olanlardır." Rəsulullah əfəndimizin özünü deməsi kafi ikən, səhabələrini də zikr etməsi bu mənaya gəlir: "Mənim yolum səhabələrimin getdiyi yoldur. Qurtuluş yolu, onların yoluna tabe olmağa bağlıdır."
Rəsulullah əfəndimizə tabe olmaq iddiası səhabələrinin yoluna tabe olmadan boş bir iddiadır. Heç şübhə yoxdur ki, Peyğəmbər əfəndimizin səhabələrinin yolunda davam edənlər, Əhli Sünnə vəl camaatdır. Allah bunların şanını məşkur (təşəkkürə layiq)  etsin. Məhz, təriqəti naciyə bunlardır. Şiə və Xaricilər kimi, Rəsulullah əfəndimizin səhabələrini xoş görməyənlər, onların yoluna tabe olmaqdan əlbəttə məhrumdur.
Mutəzilə (haqq məhzəblərdən ayrılan kəslər ) üçün də eyni hökm verilir. Bu, sonradan çıxan bir yoldur. Əhli Sünnə olmayan digər təriqətlər eyni müqayisəyə tabedir. (Məktubatı Rəbbani)

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx