İmam Qəzali

Hüccətül-İslam əbu Həmid ibn Məhəmməd Qəzali, İslam dünyasının İslam şəriət bilgisi və təsəvvüf yolundakı ən böyük simalarından biridir. Hicri 450-ci (miladi 1058-ci) ildə İranın Tus şəhərində dünyaya gəlmişdir. Atası aşağı gəlirli olmasına baxmayaraq Qəzalinin yaxşı yetişdirilməsinə böyük diqqət göstərmişdi.
Tusdakı təhsilini tamamlayan Qəzali, Gürcüstana gedərək təhsilinə davam etdi. Anadoludakı siyasi nüfuzun sarsılması Qəzaliyə təsir etdi. Buna görə Nişapura keçərək ən məşhur alimlərdən Əbul Məali əl Cüveyninin tələbəsi oldu. Müəlliminin ölümündən sonra, Nizamül Mülk tərəfindən təyinatını Nizamiyyə mədrəsəsinə aldı. Qısa müddət içərisində geniş bir xalq kütləsinə səsini eşitdirmə imkanı tapdı. Tələbələrinin sayı hər keçən gün artırdı.
Hicri 488-ci ildə keçirdiyi bir narahatlıq nəticəsində mədrəsədəki vəzifəsindən ayrılaraq on il insanlardan uzaq bir həyat keçirdi. Bu dövrün dərhal ardından Bağdada tələbələrinin yanına dönərək, "Əhyau Ulumid Din" adlı əsərini tələbələrinə oxutmağa başladı. Bu əsnada Anadoludakı İslami birlik pozulunca Səlcuqlu vəziri tərəfindən təkrar Tusa çağırıldı. Sultan Səncər tərəfindən qorunaraq özünə 12 il boyunca bütün imkanlar səfərbər edildi. Hicri 505 (Miladi 1111) -ci ildə sona çatan ömrünün son gününə qədər elm və təbliği buraxmadı.
İmam Qəzalinin fikirləri İslam düşüncə tarixində bir dönüş nöqtəsi olmuşdur. Xüsusilə ömrünün son illərində Əhli Sünnəyə müxalif təriqətlərlə mübarizə etmiş və bir çox azğın insanı bu yoldan çevirmişdir. İmam Qəzali bir əsərində belə söyləyir:
“Müsəlmanlıq ünvanında dediyimiz kimi, bacarığın həqiqətində bir nümunə və nişan vardır. Bunu əhli olan anlayar. Dünya ilə əlaqəsi olmayanlar, onunla məşğul olmayanlar və ömründə Allahı axtarmaq və istəməkdən başqa bir şeylə məşğul olmayanlar xaric bunun həqiqətini kimsə axtara bilməz. Bu da çətin və uzun bir işdir. O halda hər kəsin qidası olana işarə edək. Bu da Əhli Sünnə etiqadıdır. Bu etiqadı ürəyində saxlayanlar üçün bu etiqad, səadət və qurtuluş toxumu olacaq.” (Kimya-i Səadət, Əhli Sünnə Etiqadını Doğru Öyrənmək)
İmam Qəzalinin əsərləri:
1- Əhyau Ulumid Din (Dini elmlərin əhyası) Qəzalinin ən məşhur və ən böyük əsəridir. Bu kitabda İslam şəriət bilgisi və təsəvvüf mövzularına yer verilmişdir. Hər qisim 4 kitab olmaq üzrə, cəmi 40 kitabdan meydana gəlir. Əhyau Ulumid Din yazılışından bu yana İslam aləminin ən çox oxunan kitabları arasındadır.
2- Əl İktisad fil-itikat (Etiqadda iqtisad) etiqad mövzularını əhatə edər.
3- Təhafütül Fəlasifə (Filosofların Əsassızlıqları) Aristotelin fəlsəfəsinə etdiyi tənqidləri yığdığı kitabdır.
4- Kimya-i Səadət (Xoşbəxtlik kimyası) iman, əməl, əxlaqdan bəhs edir. Əhyanın farsca yazılmış bir xülasəsi mahiyyətindədir.
5- Bidayətül Hidayə (Hidayətin başlanğıcı) xalqın anlayacağı tərzdə yazılmış, din və əxlaq məlumatlarının izah edildiyi bir kitabdır.
İmam Qəzalinin kiçikli-böyüklü bütün əsərlərinin cəmi 75-ə çatır.

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx