Seyid Əbdülqadir Qeylani

Əbdülqadir Qeylani, Muhyiddin, Qütbü Rəbbani, Qütbü əzəm, Qavs, Qavs-ül əzəm, Sultan-ul-evliya (övliyaların sultanı) olaraq da xatırlanır. Ləqəbi Əbu Məhəmməddir. Əbdülqadir Qeylani həm seyid, həm şərifdir. 1078-ci ildə İranın Qeylan şəhərində dünyaya gəlib. Dini təhsilinə burada başlayıb. Daha sonra, Qeylandan Bağdada gedərək təhsilinə burada davam etdi. Hənbəli məzhəbini seçərək İslami şəriət məzhəb üzərində cəmləşdi. Əbu Səid mədrəsəsində dərslər verdiyi vaxtlarda təsəvvüflə (təriqət əhli, qəlbini Allah sevgisinə bağlamaq) tanış oldu. Təsəvvüfdəki yoluna onun adına istinadən "Qədiriyyə" adı verildi.
Əksəriyyəti vaiz və nəsihətlərindən ibarət olan Əl-Gunyə, əl-Fəthür Rəbbani, Əl Fütühül Qeyb bizə qədər gəlib çatan kitabları arasındadır. Əbdülqadir Qeylani Həzrətləri 1166-cı ildə Bağdadda vəfat etdi. Hər il milyonlarla adam tərəfindən ziyarət edilən qəbri, bu anda Bağdadda geniş bir külliyyə içərisindədir.
Əbdülqadir Qeylani Həzrətlərinin bəzi sözləri belədir:
“Quran ilə əməl etmək səni Quranın mövqesinə yüksəldər, oraya oturdar. Sünnə (Peyğəmbərimizin hədisləri) ilə əməl etmək səni Allahın Elçisi Peyğəmbər Əfəndimizə yüksəldər. Rəsulullah, ürəyi ilə və mənəvi himmətiylə Allah dostlarının ürəyi ətrafından bir an belə ayrılmaz. Allah dostlarının ürəklərini gözəlləşdirən Odur. Onların özlərini düz yola çəkən, mənfi duyğulardan təmizləyən Odur.”
“Sən Allahı zikr et ki, O da səni zikr etsin. Allahı zikr et ki, o zikr günahlarını töksün. Günahların bağışlansın. Günahsız, itaətkar bir mömin olasan. Bax o zaman O səni zikr edər. O zikr səni elə əhatə və məşğul edər ki, bir şey istəmək üçün vaxt tapa bilməzsən. Bütün məqsədin və arzun o olar.”
“Ey əhali! İslam ağlayır. Əlini başına qoymuş, bu fəcirlərdən, bu fasiqlərdən, bu bidət əhlindən, bu zalımlardan, bu yalançı şahidlik libası geymişlərdən, sahib olmadıqları fəzilətləri özlərində varmış kimi göstərən bu quru iddiaçılardan yaxa silkələyir. Onlara qarşı ixlas sahibi müsəlmanlardan kömək tələb edir”.
“Yeyib içməyin vida yeyib içməsi olsun. Ailə arasında mövcudluğun vida mövcudluğu olsun. Mömin qardaşınla görüşmən vida görüşməsi olsun. Ürəyinə həmişə əmanət olduğunu, daim vidalaşma halında olduğunu həkk et. Qədəri (alın yazısı) başqasının əlində olan kimsə necə əmanət və vidalaşma halında olmaz ki? Çünki sabah nə olacağını, işlərin hara çatacağını, qədərinin özünə nələr gətirəcəyini bilmir. Elə isə dərhal tövbə et, bir daha işləməməyə cəhd et. Onlardan sıyrıl, ardıcıl addımlarla Mövlana qaç. Tövbə etdiyin zaman həm zahirin, həm batinin tövbə etmiş olsun. Tövbə, Allah qatında məqbul qul olmanın təməlidir. Xalis bir tövbə ilə və həqiqətdən həya etmək surətiylə üzərindəki günah paltarını çıxar, at. Ey Allahın yolunu arxasına atıb dünya işlərinə etina göstərən, uyan adam! Səni insanları məmnun edən, lakin Allahı özünə qəzəbləndirən adam olaraq görürəm. Heç şübhə yoxdur ki, yaxında sən  dünyadan köçəcəksən. Ölüm səni oradan ayıracaq. Səni tutması çox əzablı, çox şiddətli və çox müxtəlif olan şəxs tutar və oradan alar. Bir anda hər şeyini itirər və hər şeyindən ayrılarsan.” (Fəthür-Rəbbani)

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx