Nəcib Fazil Qısakürək

Böyük mütəfəkkir Nəcib Fazil Qısakürək, 1904-cü ildə Qəhrəmanmaraşlı köklü bir ailənin uşağı olaraq İstanbul Çəmbərlidaşda dünyaya gəlmişdir. 1912-ci ildə Gedikpaşada bir fransız məktəbinə yazıldı. Sonra yenə eyni səmtdə olan Amerikan kollecini bitirdi. Anasının xəstəliyi səbəbiylə köçdükləri Heybəliadadakı dəniz məktəbinə girdi. 1917-ci ildə Darülfünunda Fəlsəfə təhsilinə başladı. 1924-cü ildə Paris, Sorbon universitetinə göndərildi və bir il sonra təhsilini yarıda buraxaraq geri döndü.
Onun təbiəti bir işdə davamlı olaraq işləməsinə maneə törədirdi. Buna görə Parisdən qayıdanda başladığı vəzifəsindən 1938-ci ildə ayrıldı. 1941-ci ildə Dövlət Gözəl Sənətlər Akademiyası və Robert kollecində müəllimlik etdi. Yenə bu tarixlərdə yazıçı və şair olaraq Babıalidə vəzifəyə başladı.
İslamın əsasını anlaması yenə bu illərə rast gəlməkdədir. Böyük Şərq Hərəkatı adı ilə başlatdığı hərəkat qısa müddət içərisində din düşmənlərinin qorxulu yuxusu halına çevrildi. 1943-1972-ci illər arasında Anadolunun bütün ellərini qarış-qarış gəzərək konfranslar verdi. Haqqında səkkiz iddia açıldı. Bu iddialar nəticəsində üç il altı ay həbsxanada qaldı. 1984-cü ildə vəfat edənə qədər fikri mübarizəsinə davam etdi.
Mübarizəsi yalnız din düşmənləri ilə olmamış, din adına ortaya çıxaraq dinə istəyərək yaxud istəməyərək böyük zərərlər verən azğın axınlarla da mübarizə etmişdir. "Doğru yolun azğın qolları" adındakı kitabı bir çox insanı bu azğın axınların təsirindən qurtarmışdır.
Nəcib Fazil, bu əhəmiyyətli əsərində bütün azğın təriqətlərin fikirlərini izah etmiş və doğru yol olaraq Rəsulullah (s.ə.v.)-in və səhabənin yolu olan "Əhli Sünnə vəl Camaatı" göstərmişdir.
Nəcib Fazil Qısakürəyin bəzi sözləri belədir:
"Azğın qolların yelpikvari açıldığı, dəbə mindiyi və bir cümbüş havası içərisində təpindiyi ikinci və üçüncü hicri əsrlər, sünnə və camaat əhli küçəsində yolun bütün ölçülərini abidələşdirən iki zəfər tağına şahid oldu.
İslami etiqad əsaslarıyla birlikdə iş və əməl qanunlarını istiqamətləndirən dörd keçidli bir tağ ilə, birbaşa iman və etiqad istiqamətlərini pərçimləyən iki keçidli başqa bir tağ... Biri iş və əməldə digəri iman və etiqadda...
İş və əməldə: İmam Malik, İmam Əzəm, İmam Şafii, İmam Əhməd İbn Hənbəl,
İman və etiqadda: İmam Maturidi, İmam Əşari.
Bunlar doğru yolun hüdud gözətçisi polis bölmələrini təmsil, sünnə və camaat əhli polisini təşkil edərlər.
Kitab, Quran, sünnə isə Allahın Rəsulunun hər sözü, hər əmri, hər hərəkəti...
İcma-ı ümmətin, yəni ümmətlik xüsusiyyətinə ən layiq və ən üstün dərəcə səhabələrin, üzərində birləşdikləri toplu hökmlər...
Müqayisə müəyyən din alimlərinin nisbət yoluyla kəşfləri...
Dərəcələr yuxarıya doğru bir-birində əriyər və nəhayət tək mütləqdə toplanar. Allahın kitabında və Peyğəmbərin sünnəsi...
Bax sünnə və camaat əhlinin yolu, bu qəhrəmanların min bir fəsad xətti arasında dümdüz meydana çıxardığı küçədir. Bu küçədə həm etiqad, həm əməl, dörd keçidli zəfər tağını yüksəldənlər, özlərindən sonra etiqad memarlarının da toxumunu gətirmiş olaraq xarici cəbhənin ən böyük mühəndisləri..." (Nəcib Fazil Qısakürək, Doğru yolun azğın qolları: Təmizlənmə dövründə İslam, səh.95)

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx