İmam Müslim

İmam Müslim, Hicri 204-cü ildə Nişapurda doğulmuşdur. 14 yaşında hədis dərsləri almağa başlamışdır. İraq, Hicaz, Misir və Şama gedərək hədis mövzusunda edilən işləri araşdırdı. Gəzdiyi yerlərdəki hədis qaynaqlarından və bu mövzudakı müxtəlif işlərdən faydalanmış və bunların içərisində ən çox İmam Buxarinin əsərlərindən təsirləndiyini söyləmişdir.
Hədis mövzusunda etdiyi işlərdə hədisləri nəql edildiyi şəkildə istifadə etmiş, səhv başa düşülməmək üçün bunların bir hərfinə belə toxunmamışdır. "Cəmius Səhih" və ya "Səhihi Müslim" adı verilən əsərində 300 min səhih hədisdən faydalanmış və yalnız 3.030 hədisi Səhihinə daxil etmişdir. Bu çalışması Səhihi Buxaridən sonra ən etibarlı hədis kitabı olaraq qəbul edilir. Onun tərtib etdiyi əs-Səhih adlı hədis külliyyatı məşhur altı hədis kitabı Kutubu Sittənin ikincisi olaraq əsrlərdir İslam dünyasına xidmət edir.
İmam Müslimin müəllimi Abdulvəhhab Əl-Fərranın onun haqqında belə dediyi rəvayət edilir:

"Müslim, xalqın alimlərindən və elm sahiblərindən biridir. Onun haqqında xeyirdən başqa bir şey bilmirəm."
partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx