İmam Şafi
"Məhəmməd ibn İdris"

Hicri 150-ci (M. 767-ci) ildə Qəzzədə doğulan İmam Şafinin soyu həm ana, həm də ata tərəfindən Peyğəmbərimiz (səv)-in soyu ilə birləşir. İmam Şafinin dördüncü babası Şafi Əshab-ı Kiramdan idi. Bu mübarək nəsil nəcabətə edilən hörmətə istinadən həqiqi adı Məhəmməd ibn İdris olan bu qiymətli İslam aliminə də Şafi adı verilmişdi.


Yeddi yaşından başlayan elm həyatı

Atasının vəfatından sonra iki yaşında ikən anası ilə Məkkəyə gələn İmam Şafi yeddi yaşından Quran-i Kərimi əzbərləyərək elm həyatına başladı. Hələ kiçik yaşda olmasına baxmayaraq Məkkədə dövrün məşhur alimlərinin dərslərində və söhbətlərində iştirak etdi. Beləcə böyük hədis alimlərindən Peyğəmbərimiz (səv)-in hədislərini öyrənib və bu hədisləri əzbərləyər, digər tərəfdən də Ərəb dilini səlis və mükəmməl bir şəkildə öyrənərdi. İmam Şafi Məkkədəki bu ilk təhsilindən sonra, Ərəb dilinin incəliklərini və Ərəb ədəbiyyatını öyrənmək üçün çöldə yaşayan Huzeyl qəbiləsi ilə yaşamağa başladı. Beləcə on il müddətində elmini artırdı.
Gəncliyinin ilk illərində özünü tamamilə elmə verib, Məkkədəki Süfyan ibn Uyeyne, Müslim ibn Xalid əz-Zənci kimi dahi şəxslərdən və mühəddislərdən elm öyrənən İmam Şafi, hədis, fiqh, lüğət və ədəbiyyatda yüksək bir elmə sahib oldu. Elm öyrənmək mövzusundakı bu səmimi istəyi nəticəsində Məkkəli gənclər arasında elmdə yüksək bir dərəcəyə çatdı. İmam Şafinin aldığı bu ilk təhsil, o dövrdəki İslam tərbiyəsinin ən mükəmməl nümunələrindən biri idi.
İmam Şafinin rəvayət etdiyi bir hədis: "Özünə mülayimlik verilən kimsəyə, dünya və axirət yaxşılıqları verilmişdir. Mülayimlikdən məhrum olan kimsə, dünya və axirət yaxşılıqlarından məhrum olar."   


İmam Malik onun elminin dərinləşməsinə vəsilə olmuşdur

İmam Şafi həzrətlərinin təhsilində ən əhəmiyyətli mərhələ İmam Malikin tələbəsi olması ilə başlamışdır. Görkəmli İslam alimimiz İmam Malik ilə tanış olmaq və elmindən faydalana bilmək üçün Məkkədən Mədinəyə getmişdir. Bu sırada iyirmi yaşlarında olan İmam Şafi onun himayəsində 9 il elm öyrəndi. Bu böyük imamın köməyi ilə elmini artıran İmam Şafi Hicri tarixinin 179-cu ilində (M. 795-ci) İmam Malikin vəfat etməsindən sonra Məkkəyə döndü.

Qazılıq vəzifəsi və üstün ədalət anlayışı

Tarixi qeydlərə görə İmam Şafi Məkkəyə qayıtdıqda oraya gələn Yəmən qubernatoru onu Yəmənə aparıb qazılıq vəzifəsi verdi. İmam Şafinin İslam əxlaqından qaynaqlanan üstün ədalət anlayışı və ağlı bu vəzifəsini yerinə yetirərkən diqqəti çəkdi. Yəmənə bağlı Necranda vəzifəli olan İmam Şafi burada ədaləti haqla yerinə yetirdi. Necranda mövcud olan ədalətsiz və əyri nizama heç bir şəkildə icazə vermədi, o dövrdə tətbiq olunması çətin görülən ədaləti tam olaraq reallaşdırdı.
 Dəyərli əsərləri:


Dəyərli əsərləri:

1.Ahkam-ül-Kuran

2.İhtilaf-ül-hadis

3.Müsned-üş-Şafii

4.Er-Risale fil-usûl: Üsul-i fiqhə aiddir. Üsul-i fiqhin kitab halında yazıldığı ilk əsərdir.

5.El-Mevaris

6.El-Ümm: Fiqh elminə aid olub, İmam-ı Şafinin inanaraq bildirdiyi məsələlərin əks olunduğu bir əsərdir. Yeddi cild halında hazırlanmışdır..

7.Kitabüs-Sünen vel-Müsned: Hədis elminə aiddir.

8.El-Emali el-Kübra

9.El-İmlaes-Sagir

10.Edeb-ül-kadi

11.Fedail-i Kureyş

12.El-Eşribe

13.Es-Sebkû ver-remyü

14. İsbat-ün-Nübüvve ve Redd-i alel-berahime kimi əsərləri və divanı vardır.

Elmini artırmaq arzusu

İmam Şafi beş ilə yaxın qazılıq vəzifəsini yerinə yetirdikdən sonra Bağdada gedərək, elmini  artırmaq üçün İmam-ı  Azamın tələbəsi olan İmam-ı Məhəmməddən dərs almağa başladı. İmam-ı Məhəmməd onu öz himayəsinə götürdü. Yazdığı  kitablarını oxutmaqla İraqda tərtib olunan fiqh elmini və məşhur olan rəvayətləri öyrətdi. İmam Şafi buna görə həm İraqın, həm də Hicazın fiqhini birləşdirmiş və dövrün ən böyük fiqh alimlərindən dərs almış oldu. Beləcə Allahın izni ilə fiqh elminin qaydalarını təsbit edəcək qədər yüksək bir mərtəbəyə çatdı.

 

Elm öyrətdiyi tələbələri

O dövrdə hər kəs İmam Malikin tələbəsi olan İmam Şafinin Allahın izni ilə əldə etdiyi elmdəki bu üstünlüyünü tanıdı. Daha sonra Məkkəyə qayıdan İmam Şafi Hərəm-i Şərifdə dərs deməyə başladı. Həcc mövsümü gəlincə İslam diyarlarından gələn elm əhli onunla görüşər, ondan elm öyrənərdilər.
Məkkədəki bu fəaliyyəti doqquz ilə kimi davam etdi. İmam Şafi sonra təkrar Bağdada getdi. Həmin vaxt Bağdad İslam aləminin əhəmiyyətli bir elm mərkəzi idi. Burada olan alimlər gözəl, səlis nitqi, ifadə və izah tərzi çox güclü olan İmam Şafiyə hörmət göstərmiş, elm öyrənən tələbələr onun ətrafına toplanmışdır. Hətta Bağdad alimləri belə ondan dərs alırdılar. Daha əvvəl Məkkədə İmam Şafi ilə görüşən və ondan hədis dinləyən Əhməd ibn Hənbəl onun tələbəsi olmuş və üstünlüyünə heyran qalmışdır. Yenə İmam Şafi ilə bənzər olan İshak ibn Raheveyh və digər alimlər də ondan təhsil almışlar.
İmam Şafi hicri 204-cü ildən (M. 820) vəfat edənə qədər yetişdirdiyi şagirdləri və əsərləri ilə İslam dünyasının işıqlanmasına səbəb olmuş, bəzi bidətlərə qarşı şiddətlə mübarizə etmiş, günümüzə qədər gələn qiymətli fikir və düşüncələri ilə ömrü boyunca İslam dininə gözəl şəkildə xidmət etmişdir.

Dəyərli İslam alimlərimizin İmam Şafi haqqındakı fikirləri

İmam-ı Əhməd ibn Hənbəl: "Hədis oxunan yerdə Malik göydəki ulduz kimidir. Elmi əzbərləməkdə anlamaqda və qorumaqda heç kim Malik kimi ola bilmədi. Allah elmində mənə Malik qədər kimsə əmin deyildir."
Əbil-Qasım ibn Salam: "Həyatımda nə qədər alim və fəzilətli kəslərlə görüşdüm. Şafi həzrətləri kimi alim birisini görmədim."
İmam Şafinin hikmətli sözləri "Dünyada zahid (dinin qadağan etdiyi şeylərdən çəkinib buyurduqlarını yerinə yetirən kimsə) ol, dünya malına bağlanma! Axirəti istəyən ol, onun üçün çalış! Hər işində Allahı xatırla. Belə etsən, xilas olanlardan olarsan." "Elmi qürurlanmaq, özünlə öyünmək üçün istəyənlərdən heç biri fərahlıq tapmaz. Amma elmi alimlərə və insanlara xidmət etmək üçün istəyən biri fərahlıq tapar, xilas olar." "Səndən daha çox malı və pulu olan kimsəni qısqanma. O, malına və puluna həsrətlə ölər. İbadəti və itaəti çox olan kəslərə qibtə et. Yaşayanların da sonunda öləcəkləri üçün onların dünyalıqlarına etina etməyə dəyməz." 

 

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx