Süleyman Hilmi Tunaxan

Süleyman Hilmi Tunaxan, 1888-ci ildə Silistirədə dünyaya gəlib. İstanbul mədrəsələrində dövrün ən məşhur müəllimlərindən təhsil alaraq üstün dərəcələrlə məzun olmuşdur. 1930-cu ildən etibarən Diyanətin heyətindən Sultanəhməd, Yenicami, Şəhzadəbaşı, Qasımpaşa məscidlərində vaizlik (dini öyüd, nəsihət) etdi.
Həyatı boyunca haqqında müxtəlif istintaqlar açılmış və hamısından bəraət qazanmışdır. Quranın unudulmağa başladığı bir dövrdə özünü gənclərin dini təhsilinə həsr etmişdir. Bütün işləri Hoca Əfəndinin Quran təhsilinə verdiyi əhəmiyyətin nəzərə çarpan göstəricilərindəndir.
Tələbələrinə davamlı olaraq Quran və Peyğəmbərimiz (s.ə.v.)-in yolundan ayrılmamalarını və gəncləri bu yolun kənarındakı azğın axınlardan qorumalarını tövsiyə edən Süleyman Hilmi Tunaxan, 1959-cu ildə şəkər xəstəliyindən vəfat etdi.
Hoca Əfəndi və tələbələri etiqadda İmam Maturidi Həzrətlərinə, əməldə isə İmam Hənifəyə bağlıdır. Süleyman Əfəndi, İmam Rəbbani Həzrətlərinin çəkdiyi təsəvvüf xətti içərisindədir.
Kürəkəni və tələbəsi Kamal Qaçar, Süleyman Əfəndinin üstün şəxsiyyətini belə izah edir:
"Süleyman Əfəndinin batin elmində, yəni təsəvvüfdəki mənəvi cəbhəsi, şübhəsiz əhlinə məlumdur. Zahiri ağıl və zəka ilə mümkün olmaz. Belə ki, bir insan müsəlman ola bilər, təhsilli və ağıllı ola bilər, hətta iç həyatı münkir olmasa da yenə təsəvvüf və irşada əhli bir şəxs ilə qarşılaşdığı halda, o şəxs ilahi iradə ilə özünü ona bildirməzsə dünyalar bir araya gəlsə onun feyzlərindən xəbərdar ola bilməz. Bizim isə, özünün mənəvi cəbhəsi üzərində zərrəcə tərəddüdümüz yoxdur. Biz bu nöqtəni “ülməl” yəqin deyil, “haqqəl” yəqin bil hərəkət yaşamış olaraq bilirik." (Xızır Yılmaz, Süleymançılıq Haqqında Bir Araşdırma, səh.11)

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx