Seyid Ərzurumlu İbrahim Haqqı

Ərzurumlu İbrahim Haqqı Həzrətləri 1703-cü ildə Ərzuruma bağlı Həsənqala qəsəbəsində dünyaya gəlmişdir. Babası peyğəmbər soyundan olması səbəbindən İbrahim Haqqı Həzrətləri ana tərəfindən "seyiddir.”
İbrahim Haqqı Həzrətləri atası ilə birlikdə getdiyi Siirtin Tillo mahalında İsmail Fakirullahla tanış olaraq bir müddət orada yaşamış, atası dərviş Osman Əfəndi vəfat edincə təkrar Ərzuruma qayıtmışdır. Burada təhsilinə qaldığı yerdən davam etmişdir. Ərzurum müftisi Məhəmməd Hazıkdan ərəbcə və farsca dərsləri almışdır. Türkcə, ərəbcə və farscanı dərindən öyrənərək bu dillərdə şeir yaza biləcək səviyyəyə çatmışdır.
1728-ci ildə təkrar Siirtə qayıdaraq İsmail Fakirullahın söhbətlərinə davam etmiş və qızı ilə evlənmişdir. 1728-ci ildə Həcc dönüşü böyük İslam alimlərinin əsərlərindən sitatlar götürərək meydana gətirdiyi "Lubbül Qütbü" yazmışdır.
1747-ci ildə Sultan İ. Mahmud tərəfindən saraya dəvət edilincə saray kitabxanasından istifadə etmə imkanı tapdı. İstanbuldan qayıtdıqdan sonra Ərzurumda kiçik risalələr yazmağa başlamışdır. İkinci İstanbul səyahətindən sonra özünü tamamilə kitab işlərinə verərək Həsənqaladakı evinə yerləşmişdir.
Həccə ikinci gedişində Hələb, Şam, Məkkə, Mədinə və Qüdsdəki məşhur İslam alimləriylə əlaqə yaradaraq məlumat mübadiləsi yaratmışdır.
Səyahətdən qayıtdıqdan sonra “Mərifətnamə” adlı məşhur əsərini qələmə aldı. Bu əsərdən başqa 54 ədəd daha əhəmiyyətli əsəri var. 1780-ci ildə Siirtdə vəfat etmiş və cənazəsi Şeyxi İsmayıl Fakirullah üçün tikdirdiyi türbədə dəfn edilmişdir.
Seyid İbrahim Haqqının bəzi sözləri bunlardır:
“Gözəl əxlaqın ən gözəli, sənə gəlməyənə sənin getməyindir. Sənə zülm edəni sənin bağışlamağındır. Danışsan doğrunu söylə. Söz versən tut. Yaxşılıq etsən gizlə. Başqasından pis xasiyyət gördünsə onun bənzərlərindən çəkin.”
“Hər kəsə salam vermək ən gözəl xüsusiyyətdir. Təvazönün səmərəsi yüksəlməkdir. Hikmətin başı insanlarla yaxşı dolanmaqdır. Xalqın ayıblarını axtaranın ayıbları eşidilər. Nəsihət qəbul edən, üz qarasından xilas olar.”

“Allah Qatında günah olan şeydə qullara itaət olmaz. Yalan danışan kimsədən xeyir ümid edilməz. Xalqın səninlə danışmasından həzz alırsansa, sən də onlarla elə danış. Üzr istəyənin üzrünü qəbul et. Sən böyüklərinə hörmətli ol ki, səndən kiçiklər də səni saysınlar. Ən faydalı xəzinə könüllərdəki sevgidir.” (Mərifətnamə)

 

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx