Əhməd Ziyaəddin Gümüşxanəvi

1813-cü ildə Gümüşxanədə doğulmuşdur. 10 yaşında Trabzona gələrək alimlərdən dərs almağa başlamışdır. Böyük qardaşının əsgərliyə getməsi səbəbiylə bir müddət atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. Ailəsinin etirazına baxmayaraq 1831-ci ildə İstanbula gələrək təhsilinə orada davam etmişdir. Dövrün irəli gələnlərindən bir çoxu onun söhbətlərindən təsirlənmişdi. Bunlar arasında Sultan II Əbdülhəmid Xan da var idi.
Ömrünün 28 ilini kitab işlərinə ayıran Gümüşxanəvi, 16 il şəxsən təbliğ fəaliyyətində olmuşdur. Sayı bir milyonu aşan tələbələrinin sərvətlərini bir araya gətirərək ortaq bir "köməkləşmə və sərmayə fondu" qurdurmuşdur. Bu sərmayələr sayəsində bir mətbəə, nəşriyyat, içində 18.000 kitabın olduğu 4 ayrı kitabxana və müxtəlif vəqflər qurdurmuşdur.
Sünnə-i Səniyyəyə böyük dəyər verən Gümüşxanəvi Həzrətləri davamlı olaraq tələbələrinə hədis mövzusunda dərslər vermişdir.
Gümüşxanəvi Həzrətləri dövrünün ən öndə gələn İslam alimlərindən biri idi. Ölkə çərçivəsində kitabxanalar qurduraraq və təhsil fəaliyyətinə şəxsən özü qatılaraq Müsəlmanların irəliləyə bilməsi üçün əlindən gələn bütün səyi göstərmişdir. 93 hərbi olaraq bilinən 1877-78 Osmanlı-Rus döyüşündə cəbhədə döyüşmüş və əsgərlərə mənəvi dəstək vermişdir
1880-ci ildə Misir səyahəti dönüşündə Gümüşxanəvi dərgahını Xəlifəsi Həsən Helmi Əfəndiyə buraxaraq yalnız Cümə söhbətlərində olmuşdur. 13 May 1893-cü ildə yaz aylarını çadır quraraq keçirdiyi Bəykozdakı Yuşa təpəsində vəfat etmişdir.
Hoca Əfəndinin əsərlərindən bəziləri:
Camiul Üsul, xüsusilə Nəqşibəndi təriqətinin incəliklərinin izah edildiyi bir kitabdır. İçərisində Əhli Sünnəyə uyğun bütün təsəvvüf axınlarının etibar etdiyi kitablardan yığmalar var.
Ruhul-arifin, Təsəvvüf içərisindəki mövqelər izah edilmişdir.
Mecmuatül-ahzab, Təsəvvüf əhlinin gündəlik ibadətlərinin izah edildiyi bir kitabdır.

Kitabül-arifin, Bu kitabda dua mövzusu izah edilmişdir.
partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx