Əbu Davud

Hicri 202-ci ildə dünyaya gəlmişdir. Eynilə Buxari və Müslim kimi o dövr İslam dünyasının demək olar ki, hamısını gəzmiş və 50-dən çox alimdən dərs almışdır. Buxari və Müslimin işlərindən faydalanmışdır. Hədis mövzusunda iş görənlər də Əbu Davudun əsərlərindən faydalanmışlar. İslam üləması tərəfindən bir çox mövzuda təqdir edilmiş və elmi ilə əməl edən alimlər arasında göstərilmişdir.
"Sünəni Əbu Davud" adlı əsərində 500 min hədis arasından 4.800 hədisə yer vermişdir. Hədis seçkisində xüsusilə, hökmlərlə əlaqədar olanlara üstünlük göstərmişdir. Əsərləri fərqli məzhəblərə mənsub araşdırmaçılar tərəfindən qəbul edilmişdir.

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx