İmam Buxari

Hicri 194-cü ildə Buxarada doğulmuşdur. Dövrün böyük din alimi olan atası Əbul Həsən İsmayılın vəfatından sonra, anasının himayəsi altında uşaqlıq dövrünü keçirmişdir. Yeddi yaşında hədis təhsili almağa başlamış və on yaşına gəldiyində əzbərlədiyi hədis sayı 70 minə çatmışdı. Məkkə, Mədinə, Nişapur və Bəsrədəki məşhur alimlərdən dərslər almış, buna görə adı Buxaradan kənarda da eşidilməyə başlanmışdır. Aralarında Müslim, Əbu Davud, Tirmizi, İbni Səidin də olduğu bir çox məşhur İslam alimi onun əsərlərini etibarlı qaynaq olaraq qəbul etmiş və fikirlərindən istifadə etmişdir. Hədis mövzusunda gəlib keçmiş ən böyük ustad olduğu hər kəs tərəfindən qəbul edilmişdir.
İmam Buxari 600 min hədis üzərində çalışmış, əsərində isə yalnız 7.275 hədisə yer vermişdir. 16 il davam edən bu çalışması öz sahəsində ən etibarlı qaynaq əsər olaraq qəbul edilir.
"Əl-Cəmius Səhih" adlı əsəri daha sonra Əhməd Zahid tərəfindən "Səhihi Buxari Müxtəsəri (Təcridi Sarih)" adı altında qısaldılmış, 2.000-dən çox hədis bu əsərdə yer almışdır.

İmam Buxari ardında əsrlər boyu Müsəlmanlara yol göstərəcək bir əsər buraxaraq, Hicri 256-cı ildə vəfat etmişdir.
partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx