Seyid Əbdülhakim Arvasi

1865-ci ildə Vanın Başqala mahalında dünyaya gəlib. Atası Mustafa Əfəndi özünü İslami təhsilə həsr etmiş bir təsəvvüf adamıdır. Əbdülhakim Arvasi Əfəndi, Rüşdiyə təhsilindən sonra İraqın müxtəlif bölgələrində təfsir, hədis, şəriət, kəlam təhsili almışdır.
14 yaşına gəldiyində Fəhim Əfəndidən təsəvvüf təhsili almağa başladı və onun tabeliyinə girdi. Müəyyən bir yetkinliyə çatdıqdan sonra 20 yaşında məmləkətinə geri döndü. Burada bütün varını yoxunu bir mədrəsə və bir kitabxana hazırlanmasına xərclədi. Burada tələbələrinin hər cür ehtiyacını ödənişsiz olaraq qarşıladı. Lakin Əbdülhakim Həzrətlərinin qurduğu mədrəsə Birinci dünya müharibəsi əsnasında erməni və rus birliklər tərəfindən zəbt olundu, sonunda Vandan hicrət etmək məcburiyyətində qaldı. Ancaq birlikdə hicrət etdiyi 150 yaxınından yalnız 29-u sağ olaraq İstanbula çata bilmişdir.
Əbdülhakim əfəndi 1919-cu ildə özü və yaxınları üçün təsis edilən İstanbul, Eyyübdə bir mədrəsəyə yerləşdi. Yenə bu dövrdə Süleymaniyə mədrəsəsində təsəvvüf müəllimliyinə başladı. 1924-25-ci illərdə təkkə və zaviyələrin bağlanılması üzərinə Əbdülhakim əfəndinin vəzifəsinə son verildi.
1930-cu ildə Mənəmən hadisələrindən sonra həbs olundu və bəraət qazandı. Ardından Bəyoğlu Ağa Məscidi və Bəyazid Məscidində dini öyüd və nəsihət (vaizlik) verməyə başladı. Ömrünün son illərində müxtəlif həbs və sürgünlərə məruz qaldı. Yenə bu illərdə İslam şairi Nəcib Fazil Qısakürəyin hidayətinə vəsilə oldu.
1943-cü ildə Ankarada vəfat etdı. Hoca əfəndinin cənazəsi də həyatı kimi sadə və təvazökar olmuşdur.
Əbdülhakim əfəndi ardında Ər-Riyazüt-Tasavvufiyyə və Rabitə-i şərifə adlı iki əsər buraxmışdır. Bundan başqa məktubla verdiyi cavablar və söhbətlərindən yığılan fikirləri də nəşr olunmuşdur.

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx