Dəyərli əhli sünnə alimi:
Almalılı Məhəmməd Həmdi Yazar

Almalılı Məhəmməd Həmdi Yazar, Müsəlman türk xalqının İslam dinini daha yaxşı anlaya bilməsi üçün böyük səy sərf etmiş bir İslam alimidir. 1877-ci ildə Antaliyanın Almalı adlanan regionunda doğulmuşdur. Atası Numan Bəydir. Almalı Məhkəməsində baş katib vəzifəsində işləyirdi. Anası isə Almalı alimlərindən Məmməd bəyin qızı Fatma Xanımdır.
 Vətəni ilə əlaqəli olaraq "Almalılı" olaraq xatırlanmış, soyad qanunu çıxdıqdan sonra da "Yazar" soyadını götürmüşdür. İlk təhsilini Almalıda tamamladıqdan sonra 1892-ci ildə İstanbula gəlmiş və o dövrün alimlərindən Kayserili Mahmud Həmdi bəydən dərs almışdır. İstanbuldakı digər tanınmış müəllimlərin də dərslərinə davam etdikdən sonra, 1906-cı ildə "Bayezit dərsiamı" (Osmanlı dövründə məscidlərdə dərs verməyə səlahiyyətli adam olan professor) olaraq diplomunu almışdır. Eyni ildə keçirilən seçkilərdə Antaliya Deputat olmuş və II Hökumətin bu ilk məclisində, xüsusilə 1876-cı ildə "Qanunu Əsası" nın (konstitusiyanın) dəyişdirilməsində əhəmiyyətli rol oynamışdır.
1909-cu ildə, günümüzdə Siyasi Məlumatlar Fakültəsi olaraq tanınan Mülkiyə Məktəbində və yenə eyni illərdə Hüquq mövzusunda dərslər vermişdir. Daha sonra, Bədiüzzaman Səid Nursi, Məmməd Akif kimi məşhur simaların üzvü olduğu Şeyhül-İslamlığa bağlı Yüksək Müşavirə Heyəti üzvlüyünə və bir müddət sonra, başçılığına təyin edilmişdir. I Dünya müharibəsindən sonra Vəqflər nazirliyi vəzifəsində işləmişdir.
Respublikanın elanı ilə işlərinə iyirmi ilə qədər evində davam etmişdir. Respublikanın qurucusu Mustafa Kamal Atatürkün istəyi ilə, Türk Millətinin dini qaynağından öyrənə bilməsi məqsədiylə "Haqq Dini Quran Dili" təfsirini hazırlamışdır. Türk İslam tarixində çox əhəmiyyətli bir yeri olan bu əsər, Almalılı Həmdi bəy tərəfindən iyirmi ilə bitmişdir.
Əhəmiyyətli bir biliyə və mədəniyyətə sahib olan Almalılı Həmdi bəy, türkcə ilə yanaşı ərəbcə və farsca şeir yazacaq qədər yüksək səviyyədə bir savada (elmə) sahib idi. Ancaq yazılarında sadə bir türkcədən istifadə etmişdir.
Uzun bir müddət fəlsəfə ilə də maraqlanan Almalılı Həmdi Yazar, qərb yazıçılarının bəzi əsərlərini tərcümə etmişdir. Bu əsərlərdə, irəli sürülən mövzulara tənqidi yanaşma göstərən Almalılı Həmdi bəy, fəlsəfə və din arasında cərəyan edən mübahisəli müzakirələrin həllini tapmağa çalışmışdır. Filosofların həqiqəti qavraya bilmədiklərini ifadə etmiş, ağıl ilə iman inteqrasiya olunduğu zaman həqiqətin qavranıb təsdiqlənə biləcəyi fikrini müdafiə etmişdir. Bu yolla, Uca Allahın yaradış dəlillərinin aydın olacağını ifadə etmiş, kainatda mövcud olan və insanları heyrətə salan sənət əsərləri ilə yanaşı, canlı və cansız varlıqların da, Allahın varlığının dəlili olduğunu vurğulamışdır
Uzun zaman davam edən ürək çatışmamazlığı səbəbi ilə 27 may 1942-ci il tarixində Erenköydə vəfat edən Almalılı Həmdi Yazarın cənazəsi Sahrayıcədid qəbirstanlığında dəfn edilmişdir.
Respublika dövrünə yetişmiş son dövr Osmanlı üləmasından olan Almalılı Həmdi Yazar, hazırladığı Qurani Kərim təfsiri ilə hər kəs tərəfindən tanınmışdır.
Respublikanın qurulmasıyla birlikdə, Türkiyə Böyük Millət Məclisi tərəfindən yaradılan bir qurum, Uca Quranın tərcümə edilərək Türk xalqına təqdim edilməsinə qərar verdi. Qurani Kərimin təfsiri mövzusu Almalılı Həmdi Yazara təklif edildi. Almalılı Həmdi Yazar, Qurani Kərim təfsirini uzun illər boyunca evindən çıxmadan, çox ciddi bir şəkildə hazırlamış, tərcüməni və təfsiri birlikdə meydana gətirmişdir.

Almalılı Həmdi bəyin "Haqq Dini Quran Dili" adlı əsəri, bu sahədə elmi bir dəyərə sahib olan ilk əsər olması səbəbiylə çox əhəmiyyətli bir əsərdir. Bu əsər bir çox İslami elmlər, müasir elm və fikirlər baxımından da zəngin bir məlumat təcrübəsinin məhsuludur.
partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx